Bakıda 9-cu sinif şagirdi məktəbin üçüncü mərtəbəsindən yıxıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 9-cu sinif şagirdi məktəbin üçüncü mərtəbəsindən yıxıldı

Hadisə

07 Sentyabr 2020 14:09 1012


Bakıda doqquzuncu sinifdə oxuyan qız üçüncü mərtəbədən yıxılıb. 

Yenisabah.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 313 saylı məktəbdə baş verib. Həmin məktəbdə IX sinifdə oxuyan qız üçüncü mərtəbədən yıxılaraq, ağır xəsarət alıb.

Məktəbli təcili xəstəxanaya aparılıb. Toyuqlu pizza

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Sulutəpə qəsəbəsində 313 nömrəli məktəbdə 15 yaşlı şagirdin hündürlükdən yıxılması barədə Təcili Tibbi Yardım Stansiyasına çağırış daxil olub.

Stansiyadan bildirilib ki, yaralı sol budun aşağı 1/3-nin açıq sınığı diaqnozu ilə Respublika Kliniki Xəstəxanasına aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!