Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Evlərinin yanında yolu keçən 1926-cı il təvəllüdlü Ağayev Fuad Heydər oğlunu minik avtomobili vurub və o, ağır bədən xəsarətləri alıb. pizza hut
Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və qasıq oturaq sümüklərinin sınığı diaqnozları qoyulub. Vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. /Report
Telegram kanalımız