Bakıda ağır qəza: 5 nəfər yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ağır qəza: 5 nəfər yaralandı

Hadisə

09 İyun 2020 00:43 766


Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Hövsan-Türkan yolunda qeydə alınıb.

Qəza nəticəsində 2000-ci il təvəllüdlü Məmmədli Hüseyn Novruz oğlu, 1991-ci il təvəllüdlü Mayılov Cəbrayıl Fərahim oğlu, 1999-cu il təvəllüdlü Umudov Orxan Həsən oğlu, 2000-ci il təvəllüdlü Əhmədov Ruslan Elşən oğlu və 17 yaşlı Zeynallı Əkbər Əbülfəz oğlu xəsarət alıblar. pizza mizza

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

H. Məmmədliyə burun əzilməsi və bədənin küt travması, C. Mayılova ayağın sınması, O. Umudova kəllə-beyin travması, baş-beyin əzilməsi, R. Əhmədova burun əzilməsi və Ə. Zeynallıya sol bazunun çıxığı, bədənin çoxsaylı sıyrıntı diaqnozları qoyulub.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!