Bakıda ambulans piyadanı vurub öldürdü 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ambulans piyadanı vurub öldürdü 

Hadisə

04 Sentyabr 2024 13:17 568


Bakıda təcili yardım avtomobili piyadanı vuraraq öldürüb. 

Yenisabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə avqustun 29-u saat 12:30-da baş verib. 

Təcili tibbi yardım stansiyasının sürücüsü Sultan Sultanov yol vərəqəsi əsasında idarə etdiyi həmin stansiyaya məxsus IVECO markalı avtomobillə Maştağa-Zabrat şosesi ilə hərəkətdə olarkən yolu sağdan sola keçən piyada, 1950-ci il təvəllüdlü Şahverdi Ağaverdi oğlu Məlikovu ehtiyatsızlıqdan vurub. Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.  pizza mizza

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!