Paytaxtda amputant futbol: Açılış mərasimi keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtda amputant futbol: Açılış mərasimi keçirildi

İdman

17 Oktyabr 2025 12:52 286


Bakıda amputant futbolu üzrə Millətlər Liqası turnirinin açılış mərasimi keçirilib.

Yenisabah.az xəbər verir ki, mərasim "Bayıl Arena"da baş tutub.

Tədbirdə AFFA rəsmiləri, C qrupunda mübarizə aparacaq ölkə təmsilçilərinin nümayəndələri və digər rəsmi qonaqlar iştirak ediblər. pizza

Öncə Azərbaycanın Dövlət Himni səsləndirilib. Rəsmi çıxışlardan sonra isə tədbir bədii hissə ilə davam edib.

C qrupunun oyunlarına bu gün start veriləcək. Üç gün davam edəcək turnirdə 5 komanda – Azərbaycan, Belçika, İsrail, Ukrayna və Niderland milliləri mübarizə aparacaqlar.

Qrupun bütün oyunları "Bayıl Arena"da keçiriləcək. Turnirin açılış matçında Azərbaycan millisi Belçika ilə üz-üzə gələcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!