Bakıda arvadını öldürən şəxs dəlixanaya göndərildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda arvadını öldürən şəxs dəlixanaya göndərildi

Kriminal

02 Noyabr 2023 16:40 1089


Bakıda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən İlham Həşimovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Yenisabah.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror Ziya Mansurov çıxış edib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin barəsində təkrar psixoloji ekspertiza keçirilməsini istəyib. Dominos pizza

Məhkəmənin qərarına əsasən İ.Həşimov ixtisaslaşdırılmış psixiatriya müəssisəsində məcburi stasionar müalicə edilməlidir.

O, cinayət məsuliyyətindən və cəzadan azad olunub.

Qeyd edək ki, hadisə bu ilin yanvarında paytaxtın Xətai rayonunda qeydə alınıb. 1961-ci il təvəllüdlü İlham Həşimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək 1966-cı il təvəllüdlü Rəhimə Həşimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. İ.Həşimov iş üzrə şübhəli şəxs qismində tutulub.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!