Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Biləcəri qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1962-ci il təvəllüdlü Qasımov Fəraiz Qasım oğlu və övladı, 1996-cı il təvəllüdlü Qasımov Nicat Fəraiz oğlu, habelə daha bir nəfər - sərnişin, 1995-ci il təvəllüdlü Əliyev Babək Rüfət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. pizza hut
Hadisənin təfərrüatı araşdırılır.
Telegram kanalımız