Bakıda yol qəzası baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə fevralın 8-i saat 17 radələrində Səbail rayonu ərazisində qeydə alınıb.
Belə ki, “Hyundai” markalı 99-JU-480 dövlət nömrə nişanlı yük avtomobili yol kənarındakı işıq dirəyinə çarpılıb. Qəza nəticəsində sürücü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Marqarita pizza
Daha sonra qəza barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə müraciət edilib. Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.
Əməliyyat zamanı sürücü çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
/Report
Telegram kanalımız