Bakıda belə piyada keçidi yox idi: İlk dəfə... - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda belə piyada keçidi yox idi: İlk dəfə... - Fotolar

Avto

22 Oktyabr 2019 12:04 1909


Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) "Yeni Sabah"a verilən məlumata görə, yol hərəkəti təhlükəsizliyinin artırılması istiqamətində görülən işlər çərçivəsində Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində aşağıdakı tədbirlər həyata keçirilib:

- Sarı kəsişmə toru təşkil edilib; pizza hut

- Nəqliyyat vasitələrinin hərəkət troektoriyasını əks etdirən yol nişanlamaları çəkilib;

- Yolayrıcının bütün istiqamətləri üzrə piyada keçidləri yerləşdirilib.

Həyata keçirilmiş dəyişikliklər kəsişmədə piyadaların rahatlığını, yol hərəkəti iştirakçılarının təhlükəsizliyini, nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təmin etməyə imkan verəcək.

Qeyd edək ki, hazırda ərazidə əlavə pandusların quraşdırılması üçün də iş aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!