Bakıda bir dairə ləğv edilir: Məşhur restoran sökülür - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bir dairə ləğv edilir: Məşhur restoran sökülür - Video

Sosial

28 Mart 2025 09:46 698


Bakıda bir dairə ləğv edilərək ərazidəki məşhur restoran söküləcək.

Yenisabah.az Xəzər TV-yə istinadən məlumat verir ki, Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki dairə ləğv edilir və yerində avtomobil tuneli inşa olunur.

Tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Həsən Əliyev küçəsi-metronun ''Koroğlu'' stansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində aparılır. Nəqliyyatın hərəkətinin intensiv olduğu yolda işlər sürətlə aparılır ki, tez bir zamanda təhvil verilsin. pizza

Obyekt işlədənlər bildiriblər ki, plana düşmə ilə bağlı bildiriş alıblar. Hazırda kompensasiya məbləğinin hesablanması gedir. Bundan sonra ərazidə tunelin tikintisinə mane olan ''Şəki'' restoranı və ona bitişik digər tikililər söküləcək.

Aparılan əsaslı yenidənqurma işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti də həmin ərazidə məhdudlaşdırılıb. İş icraçısı bildirib ki, yolun tam olaraq təxminən bir il yarıma qədər istifadəyə verilməsi planlaşdırılır.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!