Bakıda nəqliyyat vasitəsi qaçırılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, aprelin 16-da Nərimanov rayonu ərazisindən "BMW" markalı avtomobilin qaçırılması barədə 17-ci Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Seyran Allahverdiyev saxlanılıb. Sezar pizza
Avtomobil saz vəziyyətdə sahibinə qaytarılıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Telegram kanalımız