Bakıda bu məktəblərdə virus yayıdı: Bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bu məktəblərdə virus yayıdı: Bağlandı

Sosial

06 Oktyabr 2021 10:53 1515


Bakıda iki məktəbin şagirdləri arasında koronavirusa yoluxma faktları olduğundan bir neçə sinif distant təhsilə keçib.

“Report”un əldə etdiyi məlumata görə, Tahir Həsənov adına 23 nömrəli məktəbin üç sinfində şagirdlərin COVID-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Anoloji hadisə Baku-Oxford School-da da qeydə alınıb. Belə ki, həmin təhsil ocağında da yoluxma səbəbindən bir sinif distan təhsilə keçib. Marqarita pizza

Xatırladaq ki, bundan əvvəl 162 nömrəli tam orta məktəbin 8 ç sinfində 3 şagirdin COVID-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Qeyd edək ki, hər üç təhsil müəssisəsində əyani təhsil davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!