Bakıda bu tarixdən hava kəskin soyuyur   - Şaxta olacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bu tarixdən hava kəskin soyuyur - Şaxta olacaq

Sosial

11 Fevral 2024 23:12 20773


Fevralın 16-dan etibarən Bakıda və Abşeron yarımadasında hava şəraiti kəskin dəyişəcək.

Yenisabah.az Sfera.az-a istinadən xəbər verir ki, fevralın 16-ı gecədən etibarən havanın temperaturu - 1 dərəcəyə düşəcək. Yağıntı olacaq. Bəzi yerlərdə sulu qara keçəcək.

Fevralın 17-si gündüz havanın temperaturu 0 dərəcə olacaq. Gecə isə 2 dərəcə şaxta olacaq. Fevralın 17-də sulu qar yağmağa davam edəcək. Dördpendirli pizza

Fevralın 18-si gündüz 2 dərəcə isti, gecə 1 dərəcə şaxta olacaq. Fevralın 18-i də paytaxtda sulu qar yağmağa davam edəcək.

Yalnız fevralın 19-dan etibarən yağıntı kəsiləcək.

Havanın temperaturu tədricən artacaq, gecələr + dərəcə temperatur olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!