Bakıda bu xəstəxana bağlandı: Həkimlər və xəstələr binadan buraxılmır -   SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bu xəstəxana bağlandı: Həkimlər və xəstələr binadan buraxılmır - SƏBƏB

Sağlamlıq

11 May 2020 14:40 1349


Bu gün səhər saatlarında Bakıda 3 saylı şəhər klinik xəstəxanası bağlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yazılıb.

Bildirilir ki, 3 saylı Şəhər Xəstəxanasına qəbul bir neçə saatdır dayandırılıb. pizza

"Həkimləri və personalı binadan buraxmırlar. Sayları 100-dən çox olan xəstə və xəstə yaxınları xəstəxananın önünə toplaşıb. Səbəblər haqqında onlara bilgi verilmir. Məsələyə aydınlıq gətirmək üçün TƏBİB-lə əlaqə saxladıq.

Qurumun mətbuat katibi Rəvanə Əliyeva BAKU.WS-ə bildirib ki, xəstəxanada pofilaktik dezinfeksiya işləri aparılıb.

"Bu səbəbdən də xəstəxana boşaldılıb. İşlər bitdikdən sonra xəstəxana adi qaydada fəaliyyət göstərəcək. Bütün qaydalara əməl edilmək şərtilə xəstələr xəstəxanaya daxil ola biləcəklər”, - deyə Rəvanə Əliyeva bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!