Bakıda polis cibgirlik əməllərində şübhəli bilinən 64 yaşlı əvvəllər məhkum olunmuş Taləddin Əhmədovu saxlayıb.
Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Onun Nizami və Sabunçu rayonlarında iki nəfərin çantasından ümmumilikdə 1717 manat, bank kartları və sənədlər olan pul kisəsini əl keçirdiyi məlum olub. Həmin şəxsin törətdiyi əməl təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb. Dominos pizza
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Telegram kanalımız