Bakıda daha bir beynəlxalq turnir ləğv olundu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda daha bir beynəlxalq turnir ləğv olundu

İdman

14 Mart 2020 16:13 899


Bakıda aprelin 17-19-da keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə Yana Batırşinanın mükafatları uğrunda 7-ci açıq turnir baş tutmayacaq.

"Yeni Sabah" xəbər verir ki, yarışın ləğv olunması dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.

Qeyd edək ki, beynəlxalq turnirdə gənc və daha kiçik yaş qruplarından olan gimnastların iştirakı planlaşdırılırdı. Daha öncə Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarımçıq dayandırılıb.  pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!