Bakıda daha bir sürücü yol polisinə hücum etdi -   Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda daha bir sürücü yol polisinə hücum etdi - Video

Hadisə

20 Sentyabr 2019 14:50 1359


Bakıda taksi sürücüsü yol polisinə tabesizlik göstərib.

“Yeni Sabah” xəbər verir ki, hadisə Niyazi küçəsi ilə İstiqlaliyyət küçələrinin kəsişməsində baş verib.

Niyazi küçəsindən sola dönmək istəyən 1991-ci il təvəllüdlü Orxan Məmmədli orada xidmət aparan YPX əməkdaşlarının göstərişinə tabe olmayıb. Sezar pizza

Yol polisləri ona sağa hərəkət etməyi göstərsələr də, sürücü təxminən bir dəqiqə ərzində avtomobili ərazidə saxlayıb və polislə mübahisə edib. Sonra isə qəfildən avtomobildən düşərək yol polislərinə hücum edib. YPX əməkdaşı onu sakitləşdirməyə çalışsa da, Orxan Məmmədli müqavimət göstərib.

Sonda yol polisləri onu kənara çəkərək saxlamağa nail olub. Digər YPX əməkdaşı isə avtomobili təhlükəsiz əraziyə çəkib və sıxlığın qarşısını alıb.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün Səbail Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə Orxan Məmmədli 30 gün müddətində inzibati qaydada həbs edilib. (avtosfer.az)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!