Bakıda dəhşət: Ər və arvad bir-birinə 15 bıçaq zərbəsi vurdu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda dəhşət: Ər və arvad bir-birinə 15 bıçaq zərbəsi vurdu

Kriminal

30 May 2021 08:47 1622


Bakıda ər və arvad bir-birini bıçaqlayıb. Hadisə Xəzər rayonunda qeydə alınıb.

Rayonun Mərdəkan qəsəbəsində ailə münaqişəsi zəminində bir-birilərini bıçaqlayan, 1978-ci il təvəllüdlü Namiq Rəsulov və onun həyat yoldaşı 1984-cü il təvəllüdlü Rəsulova Fərqanə Mahmud qızı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Müayinə zamanı N.Rəsulovun bədəninin müxtəlif yerlərində 7 ədəd kəsilmiş-deşilmiş, F. Rəsulovanın isə bədəninin müxtəlif yerlərində 8 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. pizza mizza

Hər iki şəxs əməliyyat olunub, vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.

Hadisənin təfərrüatı Xəzər Rayonu Polis İdarəsində araşdırılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!