Bakıda dəhşətli hadisə: Ər uşaqlarının gözü qarşısında arvadını öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda dəhşətli hadisə: Ər uşaqlarının gözü qarşısında arvadını öldürdü

Kriminal

06 Oktyabr 2019 17:54 4433


Bakıda ər arvadını qətlə yetirib.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda, Avtovağzal metrostansiyası yaxınlığında qeydə alınıb.

Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında bıçaqlayıb. L. Abdullayevaya 20 bıçaq zərbəsi vurulub. Qadın hadisə yerində həyatını itirib. pizza hut

Hadisəni törədən N. Abdullayev Binəqəldi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisə yerinə Binəqədi Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib. Hadisə zamanı istifadə edilən bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!