Bakıda dəhşətli hadisə: Qadın özünü 8-ci mərtəbədən atdı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda dəhşətli hadisə: Qadın özünü 8-ci mərtəbədən atdı - VİDEO

Kriminal

19 Sentyabr 2020 13:44 2188


Bakıda ahıl qadın intihar edib.

“Yeni Sabah” "Report"a istinadən xəbər verir ki, hadisə dünən günorta saatlarında Bakının Xətai rayonunda qeydə alınıb.

Rayonun Sarayevo küçəsində yaşayan 65-70 yaşlarında qadın özünü yaşadığı binanın səkkizinci mərtəbəsindən ataraq intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, meyit ərazidən götürülərək müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anotomiya birliyinin Xətai rayon şöbəsinə təhvil verilib. Marqarita pizza

Hadisə şahidlərinin sözlərinə görə, intihar edən qadın həmin mənzildə yaşlı həyat yoldaşı ilə birgə yaşayırmış. Onun hansı səbəbdən özünü binadan atması bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

Hadisə ilə bağlı görüntüləri təqdim edirik.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!