Bakıda doğulmuş məşhur aktrisa vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda doğulmuş məşhur aktrisa vəfat etdi

Mədəniyyət

01 Sentyabr 2021 16:29 1953


Moskvada "Romen" qaraçı teatrının aktrisası RSFSR Xalq artisti Tamilla Ağamirova 94 yaşında vəfat edib.

Yenisabah.az xəbər verir ki, Tamilla Ağamirova 1928-ci il mayın 21-də Bakıda anadan olub.

Bakı Teatr Məktəbi və MXAT məktəb-studiyasını bitirib. pizza sifarişi

1952-ci ildən "Romen" Moskva Musiqili-Dram Teatrının qabaqcıl aktrisası olub.

O, dünyada yeganə olan qaraçı teatrının səhnəsində bir çox parlaq obrazlar canlandırıb, aktiv ictimai fəaliyyətlə məşğul olub.

Tamilla Ağamirova Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Akademiyasının professoru, "Maski" Fondunun vitse-prezidenti, Beynəlxalq Akademiya Teatrının fəxri magistri idi.

O, 26 avqust 1960-cı ildə "Azərbaycan SSR əməkdar artisti", 1982-ci ildə "RSFSR əməkdar artisti", 1988-ci ildə isə "RSFSR xalq artisti" fəxri adlarına layiq görülüb.

Bir sıra orden və mükafatlarla təltif olunub.

Məşhur aktrisa ilə vida mərasimi və dəfni sentyabrın 3-də Moskvada keçiriləcək.

Aktrisa ərinin yanında, Troyekurovsk qəbiristanlığında dəfn olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!