Bakıda əməliyyat: 11 kq narkotik dövriyyədən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda əməliyyat: 11 kq narkotik dövriyyədən çıxarıldı

Kriminal

18 İyun 2020 13:11 762


Bakıda narkotacirlər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sabunçu rayonu ərazisində Bakı şəhər sakinləri M.Xalıqovdan 1 kiloqram 25 qram heroin, 500,171 qram metamfetamin və E.Nəbiyevdən 50,375 qram heroin, Maştağa qəsəbəsindəki yaşadığı evə baxış zamanı isə 3 kiloqram 75 qram heroin, 5 kiloqram 10 qram marixuana və 1 kiloqram 80 qram metamfetamin aşkar edilib götürülmüşdür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!