Bakıda ƏMƏLİYYAT - Silah-sursatı götürüb, qumbaranı partlatdılar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ƏMƏLİYYAT - Silah-sursatı götürüb, qumbaranı partlatdılar

Hadisə

02 Mart 2024 17:21 979


Bakıda vətəndaşdan silah-sursat aşkar edilərək götürülüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidməti məlumat verib.

Bildirilib ki, qurumun əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Niyaməddin Həsənova məxsus bir ədəd “RQ-42” markalı əl qumbarası, bir ədəd UZRQM partladıcısı, bir ədəd MPT markalı avtomatik tüfəng, 5,45 mm çaplı səkkiz ədəd avtomat patronu və 36 kalibrli bir ədəd tüfəng patronu Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində aşkar edilərək götürülüb. Pepperoni pizza

Əl qumbarası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!