Bakıda ər-arvadı döydülər, evdən 5 000 manat apardılar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ər-arvadı döydülər, evdən 5 000 manat apardılar

Kriminal

03 Avqust 2020 14:59 832


Bakıda quldurluq hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə iyulun 20-də 2 nəfərin aldadaraq S.Melyoxinanın yaşadığı mənzilə girməsi, onun və əri R.Fomişçinin ağız və əl-ayağını yapışqanlı lentlə bağlayıb, döyərək oradan 5 000 manat pul aparmaları barədə müraciət daxil olub. pizza mizza

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.İzzətov saxlanılıb, digərinin isə şəxsiyyəti müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!