Bakıda erməni müğənninin konsertini kim təşkil edir?

saytların hazırlanması

Evə çatdırılma

Bakıda erməni müğənninin konsertini kim təşkil edir?

Şou

02 Aprel 2025 09:08 4164


Anası erməni olan, 1981-ci il təvəllüdlü rusiyalı estrada müğənnisi Aleksey Çumakovun aprelin 20-də Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edəcəyi xəbəri sosial şəbəkələrdə tənqid edilib.

“Yeni Sabah” xəbər verir ki, konsert proqramını reklam edən "33 Events" şirkətinin rəhbəri Elxan Peysaxov Teleqraf-a açıqlamasında konsertin təşkilatçısının onun şirkətinə aid olmadığını deyib.

"Şirkət mənə məxsusdur. Amma Aleksey Çumakovun konsertinin təşkilatçılığı bizim şirkətə deyil, Moskva şirkətlərindən birinə aiddir", - deyə E.Peysaxov deyib.

Bakı Konqres Mərkəzindən isə bildirilib ki, konsertin təşkilatçısının adının açıqlanmasına icazə verilmir.

Xatırladaq ki, Aleksey Çumakovun konsertinə biletin qiymətləri 49-599 manat aralağındadır.

Qeyd edək ki, Aleksey Çumakovun anası Liliya Avanesovna ermənidir, keçmiş "Dağlıq Qarabağ"da doğulub. Atası isə bolqardır. İfaçı özü Özbəkistanda anadan olsa da, hazırda Rusiya vətəndaşıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    Millətini sevən hər kəs konsertə bilet almasa konsert DƏ BAŞ tutmaz. Günah bilet alandadır.
    1 year ago