Bakıda birmərtəbəli evdə yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, Nəsimi rayonunda bir-birinə bitişik tikilən birmərtəbəli evlərdən ümumi sahəsi 30 m² olan taxta konstruksiyalardan ibarət ev və içərisindəki əşyalar, ümumi sahəsi 60 m² olan evin pəncərə çərçivəsi və ümumi sahəsi 35 m² olan evin dam örtüyünün yanar konstruksiyaları 2 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Evlərin qalan hissəsi və bitişik digər evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb pizza sifarişi
Telegram kanalımız