Bakıda faciə: Avtobus piyadanı vuraraq öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda faciə: Avtobus piyadanı vuraraq öldürdü

Hadisə

26 Oktyabr 2021 10:35 926


Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az “Report”a istinadən xəbər verir ki, hadisə oktyabrın 25-də axşam saatlarında Binə qəsəbəsi, “Badam bağları” yaşayış sahəsində qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Müslüm Əhmədovun idarə etdiyi 169 nömrəli marşrut xətti üzrə “Daewoo” markalı sərnişin avtobusu yolu keçən piyadanı – 1985-ci il təvəllüdlü Zaur Ələkbərovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. pizza

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!