Bakıda FIDE Şurasının iclası keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda FIDE Şurasının iclası keçirildi - Fotolar

İdman

04 Avqust 2023 19:09 1768


Bakıda Beynəlxalq Şahmat Federasiyası (FIDE) Şurasının iclası keçirilib. 

Azərbaycan Şahmat Federasiyasından Yenisabah.az-a verilən məlumata görə, FIDE prezidenti Arkadi Dvorkoviçin rəhbərliyi altında baş tutan iclasda şahmat ilinin təqvimi əsas müzakirə mövzusu olub. Bəzi mötəbər şahmat yarışlarına ev sahibliyi etmək istəyən ölkələrin adları açıqlanıb. Həmin yarışlarla bağlı ilin sonunda qərar veriləcəyi ilə bağlı razılıq əldə olunub.

İclasda həm də şahmatçıların reytinq hesablamasında yeniliklərlə bağlı təkliflər səsləndirilib. FIDE rəsmiləri şahmat ictimaiyyətinin məsələyə münasibətini öyrənmək üçün zamana ehtiyac olduğunu bildirib. Sezar pizza

İki federasiyanın müraciətinə baxılıb. Tonqa və Yeni Kaledoniyanın FIDE üzvlüyünə qəbul edilməsi barədə qərar verilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!