Bakıda gecə klubunda gənc qızlar arasında dava düşüb.
"Yeni Sabah"ın “Report”a istinadən xəbərinə görə, hadisə Nəsimi rayonu, Bül-Bül prospektində yerləşən gecə klubunda baş verib.
Belə ki, 2000-ci il təvəllüdlü N.Qurbanova həmyaşıdı A.Qasımova ilə əlbəyaxa dava edib. pizza
Dava klubdakı müştəri oğlana görə olub.
Hər iki qadın xuliqanlıqda şübhəli bilindikləri üçün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Telegram kanalımız