Bakıda gecəyarısı qadını evindən sürüyüb çıxardılar -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda gecəyarısı qadını evindən sürüyüb çıxardılar - VİDEO

Kriminal

30 İyun 2024 11:04 950


Bakıda söküntü işlərinin aparıldığı ərazidə öz mənzilini tərk etməkdən imtina etdiyi güman edilən qadın gecə saatlarında naməlum şəxslər tərəfindən evindən zorla çıxarılıb.

Yenisabah.az oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunun Murtuza Muxtarov 145 küçəsində qeydə alınıb.

Belə ki, bir neçə nəfər öncə qadının yaşadığı evə yaxınlaşaraq oradakı çəpəri sökməyə çalışıblar. Dominos pizza

Sonra ekskavator işə salınaraq həm çəpər dağıdılıb, həm də oradakı ağac qırılıb.

Ardınca naməlum şəxslər qadının evinə girərək onu yaxa-paça sürüyüb mənzilindən çıxarıblar.

Bundan sonra ekskavator sözügedən evi dağıtmağa başlayıb.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!