Bakıda gənc oğlandan sevgilisinə qarşı dəhşətli əməl

saytların hazırlanması

Evə çatdırılma

Bakıda gənc oğlandan sevgilisinə qarşı dəhşətli əməl

Kriminal

15 Mart 2020 11:24 1388


Bakıda sevgilisini qətlə yetirməkdə təqsirləndirilən Sərxan Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Yeni Sabah” Teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Eldar İsmayılovun icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq. Qeyd edək ki, hadisə ötən il noyabrın 28-i saat 23 radələrində Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində baş verib. Pepperoni pizza

1996-cı il təvəllüdlü Sərxan Məmmədov "Bilyard" çay evinin qarşısında qeyri-rəsmi münasibətdə olduğu 1989-cu il təvəllüdlü Pərvanə İsmayılovanı qısqanclıq zəminində 5 bıçaq zərbəsi vurub.

Pərvin İsmayılova aldığı bıçaq zərbələri nəticəsində ölüb.

İstintaq orqanı tərəfindən Sərxan Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!