Bakıda güclü yağış başlayıb -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda güclü yağış başlayıb - VİDEO

Sosial

17 Avqust 2020 08:01 6362


Bu gün səhər saatlarından paytaxt Bakıda güclü yağış başlayıb.

“Yeni Sabah” xəbər verir ki, hazırda davam edən yağışla bərabər şəhəri duman da bürüyüb.

Milli Hidrometeorologiya Xidməti bildirib ki, bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. pizza

Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında və Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!