Bakıda güclü yanğın: 4 maşın yandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda güclü yanğın: 4 maşın yandı

Hadisə

08 Mart 2020 15:59 495


Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən "Yeni Sabah"a daxil olan məlumata görə, şəhərin Nəsimi rayonunda avtomobil təmiri sexinin ərazisində ümumi sahəsi 12 m² olan şüşə-pambıq üzlükdən ibarət konteynerin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 12 m² olan digər konteynerin bir tərəfi 4 m² sahədə, ərazidə təmirə dayanan iki ədəd "Hyundai" markalı minik avtomobilinin yanar hissələri qismən, "ZİL" markalı yük avtomobilinin salon hissəsi və "Renault" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Konteyner, avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!