Bakıda hakim məhkəmə zalında həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda hakim məhkəmə zalında həbs edildi

Kriminal

20 Oktyabr 2021 11:34 882


Bakı Apelyasiya Məhkəməsinin və Suraxanı rayon Məhkəməsinin hakimi olmuş Lətif Nəbiyev məhkəmə zalında həbs edilib.

Yenisabah.az Trend-ə istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə dələduzluqda təqsirləndirilən sabiq hakimin cinayət işi üzrə keçirilən məhkəmə prosesi başa çatıb. Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə L. Nəbiyev 8 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs olunub. Sezar pizza

Qeyd edək ki, L.Nəbiyev zərərçəkmiş Azad İbrahimova 247 min 500 dollar Rüstəm Abdullayevə isə 59 min 700 dollar zərər vurub. O, R.Abdullayevdən pulu iş qurmaq adı ilə alıb. A.İbrahimovla qohum olan L.Nəbiyev həmin şəxsin pulunu Bakıda dəniz kənarında torpaq almaq məqsədi ilə alaraq dələduzluq edib.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) maddəsi ilə ittiham verilib.

Onu da qeyd edək ki, 2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə L. Nəbiyev statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə intizam məsuliyyətinə cəlb edilməklə səlahiyyətlərinə xitam verilib. Daha sonra Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!