Bakıda həbsdən çıxmış şəxs viski oğurladı və yenidən saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda həbsdən çıxmış şəxs viski oğurladı və yenidən saxlanıldı

Kriminal

28 Mart 2025 19:59 484


Bakıda həbsdən çıxmış şəxs viski oğurladığı üçün yenidən saxlanılıb.

Yenisabah.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1986-cı ildə Bakı şəhərində anadan olmuş F.G. Novruz bayramı günü içmək üçün Nəsimi rayonunda yerləşən "Neptun" marketindən 1 ədədinin dəyəri 246.53 manat təşkil edən "Singleton-18" markalı viskini oğurlayıb.

F.G. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Dominos pizza

Məhkəmədə məlum olub ki, bir neçə gün əvvəl həbsdən çıxmış F.G. "Neptun" marketindən ikinci dəfə viskini oğurlamağa cəhd edərkən mağaza işçiləri tərəfindən saxlanılıb.

Birinci dəfə oğurladığı viskini özü istifadə edib. İkinci dəfə oğurluq edərkən market əməkdaşları tərəfindən saxlanılaraq polisə təhvil verilib.

Məhkəmənin qərarı ilə F.G. 24 gün müddətinə inzibati həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!