Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.
Binə qəsəbəsində iki avtomobil toqquşub. Hadisə nəticəsində 1958-ci il təvəllüdlü Piriyeva Şəfiqə Qəzənfər qızı müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sol bazu sümüyünün sınığı diaqnozu qoyulub. pizza hut
Hadisənin təfərrüatı araşdırılır. /Report
Telegram kanalımız