Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.
Mərdəkan dairəsi yaxınlığında 99-SJ-630 dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobil eyni istiqamətdə hərəkət olan 99-NX-810 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobillə toqquşub. Toyuqlu pizza
Hadisə zamanı “VAZ 2107” markalı avtomobil sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki avtomobilə ciddi ziyan dəyib.
Əraziyə DYP-nin əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatı araşdırılır.
/Report
Telegram kanalımız