Bakıda iş adamı saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda iş adamı saxlanıldı

Hadisə

23 Sentyabr 2024 23:49 1065


Bakıda şirkətlərin birində icraçı direktor vəzifəsində çalışan şəxs saxlanılıb.

"Qaynarinfo"nun məlumatına görə, Cavid Vəliyevin (ad-soyad şərtidir) saxlanılmasına səbəb sevgilisini hədələməsi olub.

Belə ki, icraçı direktor vəzifəsində çalışan şəxs Ş.U. ilə 13 ildir qeyri-rəsmi münasibətdə olub. Amma qadın ondan ayrılmaq istəyib. Dördpendirli pizza

Təxminən bir il əvvəl qadın Cavidə ayrılmaq istədiyini deyib. Bu səbəbdən onun yaşadığı ünvana gedərək, Ş.U-nu döyərək xəsarət yetirib. Lakin qadın onu bağışlayıb və münasibətləri yenidən bərpa edilib.

Bir neçə gün əvvəl Ş.U. təqsirləndirilən şəxslə telefonla danışarkən yenidən ondan ayrılmaq istədiyini bildirib. Cavid Vəliyev zərərçəkmiş qadını hədələyib. Bu səbəbdən o, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə şikayət edib.

C.Vəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmə iş adamını 50 manat cərimə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!