Bakıda it dişləyən 4-cü sinif şagirdi öldü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bakıda it dişləyən 4-cü sinif şagirdi öldü - Foto

Hadisə

25 Yanvar 2020 09:27 1222


Bakıda azyaşlı it dişləməsindən sonra dünyasını dəyişib.

"Yeni Sabah"ın Trend-ə istinadən məlumatına görə, hadisə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivində qeydə alınıb.

Belə ki, 4-cü sinif şagirdi Ömərov Polad ötən ay küçə iti tərəfindən dişlənib. Həmin vaxt uşaq yaxınları tərəfindən xəstəxanaya çatdırılıb və ona yardım göstərilib. pizza

Qonşularının bildirdiyinə görə, uşaqda quduzluq əlaməti olduğu üçün o, ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, azyaşlı sözügedən massivdə yerləşən Kəlbəcər rayon 19 saylı tam orta məktəbin şagirdi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!