Bakıda itkin düşən uşaq görün hardan tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda itkin düşən uşaq görün hardan tapıldı

Hadisə

22 Sentyabr 2021 17:30 1558


Bakıda 20 gün öncə itkin düşən 12 yaşlı uşaq tapılaraq ailəsinə təhvil verilib.

Yenisabah.az xəbər verir ki, Binəqədi rayon sakini olan Xalid Əmirxanov polisə müraciət edərək oğlu, 12 yaşlı Əmirxanın itkin düşməsi barədə məlumat verib. O, izahatında oğlunun 20 günə yaxındır ki, evdən çıxdığını və geri qayıtmadığını bildirib.

Axtarışlar nəticəsində 12 yaşlı uşaq tapılaraq ailəsinə təhvil verilib. Araşdırma zamanı müəyyən edilib ki, o evdə olmadığı müddətdə paytaxt ərazisində müxtəlif məkanlarda, əsasən də avtomobil dayanacaqlarında küçə ticarəti ilə məşğul olub. pizza hut

Polis Bölməsində azyaşlının valideyni ilə profilaktik söhbətlər aparılıb. Ona övladının təlim-tərbiyəsi ilə ciddi məşğul olması tövsiyə edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!