Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Yük avtomobili yolu keçən 1986-cı il təvəllüdlü Mütəllimov Aslan Mövsüm oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Toyuqlu pizza
Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır./Report
Telegram kanalımız