Bakıda karantini pozan vəkil həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda karantini pozan vəkil həbs edildi

Kriminal

27 İyul 2020 11:51 1054


Bakıda karantin rejimi qaydalarını pozan şəxs həbs edilib.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü, “Mərkəz” Vəkil Bürosunun vəkili Nadirov Elçin Zahir oğlu karantin qaydalarını pozduğu üçün saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib. 

Xətai rayon Məhkəməsində hakim Lalə Rəhimlinin sədrliyi ilə keçirilən prosesdə Elçin Nadirov 1 ay müddətinə inzibati qaydada həbs edilib. Marqarita pizza

Qərardan narazı qalan vəkil apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsində onun şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!