Bakıda keçiriləcək güləş üzrə Turnirin biletləri satışa çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda keçiriləcək güləş üzrə Turnirin biletləri satışa çıxarıldı

İdman

15 Mart 2024 18:25 779


Bakıda keçiriləcək güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirinin biletləri satışa çıxarılıb.

Yenisabah.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil ediləcək yarışın biletlərini iticket.az saytından əldə etmək mümkündür.

Biletlər sadə (2 manat) və VİP (7 manat) olaraq iki hissəyə ayrılıb. Hər gün üçün iki seans nəzərdə tutulub. Gündüz seansı 10:30-da, axşam seansı isə 18:00-da başlayacaq. Hər seansa 2 446 sadə, 156 VİP bilet daxildir. Ümumilikdə 15 612 bilet satışa çıxarılıb. pizza mizza

Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turniri 5-7 aprel aralığında təşkil olunacaq. İlk yarış günündə yunan-Roma, aprelin 6-da qadın, son gündə isə sərbəst güləş üzrə idmançıların mübarizələri baş tutacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!