Bakıda keçmiş məhkum öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda keçmiş məhkum öldürüldü

Kriminal

08 Yanvar 2022 11:14 743


Bakıda keçmiş məhkum qətlə yetirilib.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə yanvarın 7-də saat 17 radələrində Binə qəsəbəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zaur Cəbrayılovun öldürülməsi barədə məlumat daxil olub. Sezar pizza

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Z.Kazımovun münaqişə zəminində Z.Cəbrayılovu bıçaqla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!