Bakıda kişi arvadının boğazını kəsdi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda kişi arvadının boğazını kəsdi

Kriminal

12 Fevral 2019 15:40 971


Bakıda kişi arvadını qətlə yetirib.

DİN Mətbuat Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə Binəqədi rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Fevralın 11-də Binəqədi rayonu ərazisində Bakı şəhər sakini L.Həsən qızının bıçaqla qətlə yetirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. pizza

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən qadının əri T.Qurbanov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!