Bakıda kişi bacısına və yeznəsinə 18 bıçaq zərbəsi vurdu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda kişi bacısına və yeznəsinə 18 bıçaq zərbəsi vurdu

Kriminal

25 İyul 2020 23:00 987


Bakıda bıçaqlanma hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

1987-ci il təvəllüdlü Həmidov İsmayıl Kamil oğlu və həyat yoldaşı, 1994-cü il təvəllüdlü Sadıqova Zümrüd Vədud qızı çoxsaylı bıçaq xəsarətləri alıblar. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırıblar. Müayinə zamanı İ.Həmidovun bədənində 12, Z.Sadiqovanın bədənində isə 6 ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb. Sezar pizza

Hər iki yaralının vəziyyəti ağır olduğundan onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.

İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində baş verib. Hadisəni Z.Sadıqovanın qardaşı törədib.

Cinayətin təfərrüatı araşdırılır. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!