Bakıda kişi benzin töküb özünü yandırdı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda kişi benzin töküb özünü yandırdı

Kriminal

24 Sentyabr 2020 12:28 2058


Bakıda bir nəfər özünü yandırıb. Hadisə 23 sentyabr saat 18:00 radələrində Badamdar qəsəbəsində baş verib.

“Yeni Sabah” Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Polis İdarəsindən məlumat daxil olub.

1981-ci il təvəllüdlü Qabil Məmmədhüseynoğlu evinin qabağında üstünə benzin tökərək özünü yandırıb. Hüquq-mühafizə orqan əməkdaşlarının bildirdiyinə görə, kişi ruhi xəstəlikdən əziyyət çəkir, bu da, hadisəni törətməsinə səbəb olub. Dominos pizza

O, 5 saylı şəhər klinik xəstəxanasının yanıq mərkəzinə aparılıb. Zərərçəkənin bədən səthinin 50%-nin yandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!