Bakıda kişi küçədə yıxıldı: Koronavirus şübhəsi - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bakıda kişi küçədə yıxıldı: Koronavirus şübhəsi - Rəsmi açıqlama

Hadisə

27 Mart 2020 18:34 3583


Bakıda “28 May” metrostansiyasının çıxışı yaxınlığında naməlum kişinin yıxıldığı bildirilir.

Yenisabah.az xəbər verir ki, onun koronavirus səbəbindən yıxıldığı və bu şübhə ilə xəstəxanaya aparıldığı iddia edilir.

Bildirilir ki, təhlükəsizlik məqsədilə polis həmin küçəyə giriş-çıxışı bağlayıb. pizza mizza

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat Katibi Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, həmin şəxsin koronavirus xəstəsi olduğunu iddia etmək doğru deyil:

“Bu, yalnız şübhədir. Operativ qərargah da məlumat yayıb ki, daxili yoluxmalar var. Yəni Bakının istənilən yerindən bu şübhə ilə kimsə xəstəxanaya aparıla bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!