Bakıda kişini döyüb pulunu və telefonunu əlindən aldılar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda kişini döyüb pulunu və telefonunu əlindən aldılar

Hadisə

20 Sentyabr 2021 13:23 884


Bakıda quldurluq hadisəsi olub. 

Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən xəbərə görə, Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə müraciət edən Füzuli rayon sakini İ.Baxışov sentyabrın 19-da Z.Bünyadov prospektində iki nəfərin ona zor tətbiq edib cibindəki 60 manat pul, mobil telefon və sürücülük vəsiqəsi olan gödəkcəsini aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakinləri İ.Mahmudov və V.Nağıyev saxlanılıblar. pizza sifarişi

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!