Bakıda koronavirusa görə orta məktəb bağlandı? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bakıda koronavirusa görə orta məktəb bağlandı? - Açıqlama

Sosial

06 Oktyabr 2021 02:11 1379


Bu gün, oktyabrın 5-i, günorta saatlarında sosial şəbəkələr və bir sıra KİV-lərdə Bakıda fəaliyyət göstərən 162 saylı orta məktəbin bağlanması haqda məlumat yayılıb. Bildirilib ki, məktəbdə koronavirusa kütləvi yoluxma faktları aşkar olunub.

Bakı şəhəri üzrə Təhsil idarəsindən redaksiyamıza məktəbin bağlanması haqda məlumatın yanlış olduğunu bildiriblər. Bununla yanaşı qeyd olunub ki, məktəbin 8-ci sinif şagirdləri arasında həqiqətən yoluxma faktları aşkar edilib. Koronavirus üç şagirddə qeydə alınıb.

Bununla əlaqədar bütün sinif müvəqqəti olaraq onlayn təhsilə keçirilib. Məktəb isə adi rejimdə işini davam edir. Təhsil İdarəsindən həmçinin qeyd ediblər ki, hazırda paytaxt məktəblərdə əməkdaşların 90%-i peyvənd olunub. Vurğulanıb ki, təhsil müəssisəsində karantin qaydaları ciddi şəkildə əməl olunur. /virtualaz.org pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!